Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları davam edir.
"Borussiya" (Dortmund) klubu cari mövsüm kubokda ikinci matçına çıxıb.
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi kubokun 1/16 finalında evdə II Bundesliqa təmsilçisi "Paderborn"la qarşılaşıb. Tomas Tuhelin komandası rəqibinə heç bir şans verməyib. Fasiləyə 3:1 hesabı ilə öndə yollanan "Borussiya" ikinci hissədə daha 4 qol vurmaqla 1/8 finala yüksəlib.
Qeyd edək ki, "Borussiya" 1/32 finalda aşağı liqa təmsilçisi "Çemnitzer"i mübarizədən kənarlaşdırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.