banner
banner

Gündəm

Bu gün Ümumdünya İnsultla Mübarizə Günüdür

Bu gün Ümumdünya İnsultla Mübarizə Günüdür

Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən hər il oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd edilir.

Bu təşkilatın məlumatına görə, hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və bunların 7 milyonu ölümlə nəticələnir. Məhz buna görə də insultla mübarizə gününün keçirilməsi maarifləndirici tədbir kimi zəruridir.

Adətən bu xəstəliyə tutulanların üçdə biri ölür, qalanları isə əlilə çevrilir. Amma insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Damarların tutulması baş verən işemik insultdan sonra insanlar salamat qalsa da, əlilə çevrilir. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım göstərməkdir.

Çoxları insult olduqlarını bilmədikləri üçün ölürlər. İnsult simptomları çox sadədir: insult olan insan anlaqsız danışır, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir.

İnsult riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlar lazım deyil. Sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq, təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq və siqaretdən uzaq durmaq lazımdır. Üç əsas şey - hipertoniya, yüksək xolesterin və bədənin artıq çəkisi risk amilini artırır.

Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir. İnsult keçirənlərin sayı 55 yaşdan sonra iki dəfə artır. Lakin onu da qeyd edək ki, səhhətinə biganə qalmayan hər bir insan üçün bu xəstəlikdən qorunmaq asandır. Zərərli vərdişlərdən uzaq olan, düzgün qidalanan, sağlam həyat tərzi keçirən, siqaret və içkidən uzaq olanların insult keçirmək riski, demək olar ki, sıfıra bərabərdir. Vaxtlı-vaxtında həkim müayinələrindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək nəinki insult riskini azaldır, həmçinin insanın əmək qabiliyyətini artırır.

Mütəxəssislər belə hesab edirlər ki, yarmalar, meyvələr və balıq insult riskini 30 faiz azaldır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.