Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin Londonda yaşayan sənətşünas qızı Suad Qarayevanın maraqlı videosu yayılıb. Qafqazinfo-nun xəbərinə görə, Dolce&Gabbana brendindən aldığı bahalı libasından danışan Suad Qarayevanın videosunun müəllifi tanınmış ingilis rejissor Samuel Fouracredir. Libasını kamera önündə geyinməyə üstünlük verən Suad filmdə özü haqda bunları deyir: “Bu gördüyünüz libas mənim favoritimdir. Xüsusi markanın xüsusi kolleksiyasından olan bu libas qadın, onun şəxsiyyəti barədə çox şey deyir. Bilirsiniz, kişilər belə geyimləri, seksual görünən qadınları sevirlər. Etiraf edim ki, bu, indiyədək aldığım ən bahalı geyimdir və onu hər dəfə geyinəndə özümü yaxşı hiss edirəm”.
Qeyd edək ki, eyni libasda bu yaxınlarda Arzu Əliyeva da görünmüşdü.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.