banner
banner

Gündəm

Əli Abbasov prokurorluqda dindirilib

Əli Abbasov prokurorluqda dindirilib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prokurorluqda dindirilib.

Cia.az xəbər verir ki, Virtualaz.org-un yaydığı xəbərə görə, nazir dünən - oktyabrın 29-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb və Baş Prokurorluq əməkdaşları tərəfindən bir neçə saat ərzində sorğu-sual olunub. Məlumata görə, Əli Abbasov bu qalmaqallı işə şahid kimi cəlb olunub və rəhbərlik etdiyi nazirliyin əməkdaşlarının həbsi ilə bağlı istintaq edilib.

Sayt yazıb ki, Ə. Abbasov müstəntiqlərin əsasən Vidadi Zeynalovun istintaqa verdiyi ifadələrlə bağlı suallarını cavablandırıb. İlkin məlumatlara görə, nazirliyin keçmiş Aparat rəhbəri V.Zeynalov nazir Ə.Abbasovun əleyhinə ifadə verib.

Qeyd edək ki, ötən gün nazirin vəzifədən azad edilməsi barədə məlumatlar yayılsa da, gün ərzində öz rəsmi təsdiqini tapmadı. Nazir Ə.Abbasovun işdən çıxarılması barədəki şayiələrin belə sürətlə yayılmasına rəvac verən səbəblərə gəlincə isə belə səbəblər var. Məsələ burasındadır ki, bu günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov həbs olunublar. Bu məmurların həbsi MTN-in sabiq rəhbəri Eldar Mahmudov ətrafındakı qalmaqal çərçivəsində həyata keçirilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.