banner
banner

Sosİal

Bu 2304 həyət evi hara və nə vaxt köçürüləcək...

Bu 2304 həyət evi hara və nə vaxt köçürüləcək...

Bir müddət əvvəl istifadəyə verilmiş yeni Bakı-Sumqayıt qatarının keçdiyi ərazilərin bir qismində, dəmiryolu xəttinin lap yaxınlığında yerləşən fərdi yaşayış evlərinin sökülməsi planlaşdırılır. Həmin evlərin artıq siyahısı da hazırlanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin bu günlərdə yaydığı məlumata görə, dəmir yolunun təhkim zolağında 2840 qeyri-qanuni tikili var ki, bunun da 2304-ü yaşayış, digərləri isə qeyri-yaşayış sahələridir.

Bu evlər dəmiryol xəttinə çox yaxındır. Hətta təhlükəli dərəcədə yaxın. Elə evlər var ki, onun divarı ilə relsləri bir metrdən də az məsafə ayırır. Qatarın pəncərəsindən əl uzatsan, həmin evin divarına da toxunar.

Elə qatarla gedəndə də ətrafa diqqət edəndə dəmir yolunun lap yaxınlığında dayanıb qatara maraqla baxan uşaqları, həyətdə iş görən sakinləri görmək olar.

Bu ərazilərdən biri də Binəqədi rayonu, Yusifzadə küçəsidir. Dəmiryol xəttinin arasında yem gəzən toyuq-cücə, onlara “nəzarət” edən ev itlərindən başa düşmək olur ki, buradakı köhnə, uçuq-sökük evlər yiyəsiz deyil.

Bakı-Sumqayıt qatarının keçdiyi dəmiryol xəttinin üstü ilə yolu o tərəf-bu tərəfə keçənlər də gözə dəyir. Heç kəsdə qatar yolunun üstündə gəzməyin, hərəkət etməyin narahatlığı hiss olunmur. Hətta azyaşlı məktəblilər belə çiynində çanta ilə asta-asta yolu keçir, yaxınlıqdakı məktəbə gedir.

Həmin evlərdə yaşayan sakinlərdən biri Solmaz Məmmədova virtualaz.org saytına açıqlamasında deyir ki, onlar artıq 20 ildir burada yaşayır: “Qatar yoluna çıxan təkcə uşaqlar deyil, elə hamımız yolu o tərəf bu tərəfə keçmək üçün relslərin üstü ilə gedirik. Düz deyirlər ki, həm uşaqlar üçün təhlükəlidir, həm də qatarın hərəkətinə maneə yaranır. Ona görə də yaxşı olar ki, adamların daha çox keçdiyi bu iki hissədə dəmiryol polisi qoyulsun. Onlar qatar yaxınlaşanda xəttə heç kimin çıxmamasına nəzarət eləsin”.

S.Məmmədovanın sözlərinə görə, evləri dəmiryol xəttinin tam yaxınlığında olmağına baxmayaraq burada yaşayanlar üçün heç bir narahatlıq yoxdur: “Desələr ki sizi köçürürük, biz bunu istəmərik. Çünki hamımız burada ev-eşik, şərait qurmuşuq, yaşayırıq. Camaatın dəmiryol xəttinin üstü ilə hərəkətinə nəzarət eləsələr, kifayətdir”.

Burada Bakı-Sumqayıt qatarının hərəkət etdiyi əsas dəmiryol xəttindən başqa daha bir neçə istifadəsiz və yalnız yük qatarlarının hərəkət etdiyi dəmiryol xətləri də var. Onlar isə evlərin yaxınlığında yox, düz qarşısındadır.

Elə həmin evlərin birindən çıxıb bizə yaxınlaşan Nataşa xanım da razılaşır ki, qatar yoluna uşaqlar çıxır, amma onlar çalışır ki, uşaqlara nəzarət eləsinlər: “Dəmiryol xəttinin biz olan tərəfində məktəb var deyə əsasən o biri tərəfdəki sakinlər xəttin üstü ilə keçib bura - 93 saylı məktəbə gəlirlər. Biz o tərəfə çox az hallarda keçirik deyə uşaqlara da nəzarət edirik ki, xəttin üstünə çıxmasınlar”.  

Burada öz evi olan sakinlərdən fərqli olaraq kirayə qalanlar problemi daha sakit qarşılayır. Köçürülmə olacağı təqdirdə də heç bir narazılıq olmadan köçəcəklərini deyir. Telman Əliyev kimi...

“Qatarın bizə heç bir narahatlığı yoxdur. Biz də çalışırıq ki, onun hərəkətinə mane olmayaq. Amma desələr ki köçürülürük, hamı necə - biz də elə köçərik” - deyə T.Əliyev bildirir.

Dəmiryol xəttinin digər tərəfində isə Nərimanov rayonu, İslam Abışov küçəsi başlayır. Buradakı sakinlər də həm Bakı-Sumqayıt qatarının yaxınlığındadır, həm də yükdaşıyan qatarların hərəkət etdiyi dəmiryol xəttinin düz yanında yaşayırlar.

Amma dediklərinə görə, yük qatarı həmin yerdən çox nadir hallarda keçir, ona görə də onlara heç bir narahatlıq törətmir.

“Azərbaycan Dəmir Yolları” QSC-də isə belə düşünmürlər.

Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov virtualaz.org saytına açıqlamasında vurğuladı ki, dəmiryol xəttinin yaxınlığında yerləşən yaşayış evləri qatarların hərəkətinə mane olur. Buna görə də qurum xüsusi siyahı hazırlayıb və Nazirlər Kabinetinə göndərib ki, lazımi tədbir görülsün.

Nazirlər Kabineti isə bu məsələ ilə bağlı hələ də rəsmi mövqe bildirməyib. Qurumun mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da telefon zənglərimiz cavabsız, 2304 evin hara və nə vaxt köçürüləcəyi məsələsi isə açıq qaldı...

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.