Özünün dizayn etdiyi bikini ilə dənizə girdi - fotolar
Aktrisa Kimberli Qarner özünün dizayn etdiyi bikini ilə dənizə girib. Aktrisa tünd-qırmızı çimərlik geyimi ilə göz oxşayıb. Aktrisalıqdan başqa dizaynerliklə də məşğul olan Kimberli dənizə girməsinin səbəbini yorğunluğu ilə əlaqələndirib. Belə ki, K.Qarner uzun müddətdir ki, özünə ev axtarsa da, arzuladığı mənzili tapa bilmir. Dəniz kənarında bir qədər gəzən 25 yaşlı aktrisa daha sonra qaldığı otelə yollanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.