banner
banner

Sosİal

Daha bir jurnalist ANS-dən ayrıldı

Daha bir jurnalist ANS-dən ayrıldı
Keçmiş “Azadlıq”çı radio ilə yollarını ayırdı.
ANS ÇM radiosunun baş redaktoru Kamran Mahmudov işdən ayrılıb. Jurnalist bunu sosial şəbəkədəki statusunda paylaşıb. K.Mahmudov yazıb ki, “ANS-dən ayrıldım. Bu gündən rəsmən işsizəm. Təklifləri açıq elan edirəm. Bir sözlə, təkliflərinizi göndərə bilərsiniz”.
K.Mahmudov musavat.com-a açıqlamasında deyib ki, ANS-dən ayrılma səbəbləri barədə danışmaq istəmir. Jurnalist yeni iş təkliflərinə açıq olduğunu deyib. 
K. Mahmudov 2004-2005-ci illərdə  “İç xəbər” verilişinin aparıcısı və müxbiri, 2005-2010-də ANS ÇM-də radio-aparıcı işləyib. 2010-2015-ci illərdə isə o, müstəqil jurnalist kimi “Azadlıq” radiosunda fəaliyyət göstərib. Bu ilin iyun ayından isə K. Mahmudov ANS ÇM radiosunun baş redaktoru kimi çalışırdı. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.