banner
banner

İdman

Boksumuz rəqibini nokauta saldı

Boksumuz rəqibini nokauta saldı

Noyabrın 29-da və 30-da Bakıda AİBA Pro Boxing (APB) turnirinin 69 və +91 kq çəki dərəcələrində növbəti döyüşlər keçirilib.

CİA.Az-ın Azərbaycan Boks Federasiyasından aldığı məlumata göröə, Rio-de-Janeyro-2016-ya lisenziya xarakterli yarışın II turu Azərbaycan boksçuları üçün uğurlu alınıb.

Belə ki, 69 kq çəki dərəcəsində Tamerlan Abdullayev APB seriyasında özünün və ölkəmizin ilk qələbəsini qazanıb. Dəfələrlə Azərbaycan çempionu olan boksçumuz macarıstanlı Qyula Kateni 2:1 (56:58; 58:56; 58:56) hesabı ilə məğlub edib.

Bu çəkidə, həmçinin türkiyəli Onur Sipal keniyalı Rayton Okviriyə, avstriyalıMarkos Nader litvalı Eimantas Stanionisə və rusiyalı Andrey Zamkovoy ukraynalı Denis Lazerevə qalib gəlib.

2 qat dünya çempionumuz, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da Beynəlxalq Boks Federasiyasının yeni proyektinə qələbə ilə başlayıb. Təxminən 1 illik fasilədən sonra yenidən rinqə çıxan və yarışa II turdan start verən təmsilçimiz ukraynalı Sergey Verveykonu məğlub etməkdə çətinlik çəkməyib. Superağır çəkidə yığmamızın əsas üzvü görüşü vaxtından əvvəl texniki nokautla bitirib. İkinci raundda Verveykonun məşqçiləri rinqə dəsmal atmalı olublar.

Bu qarşılaşmadan əlavə keçirilən 3 döyüşdə Məhəmməd Arjoui (Mərakeş) Mixay Nistorudan (Rumıniya), Məhəmməd Omarov (Rusiya) Samir Əhməddən (Misir), Erik Pfeyfer (Almaniya) isə Toni Yokadan (Fransa) üstün olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.