Sumqayıtın yeni təyin edilən icra başçısı Zakir Fərəcov yaşayış binalarında olan eyvanların və artırmaların sökülməsi barədə göstəriş verib.
Cia.az-ın xəbərinə görə, bu barədə bizimyol.info saytına jurnalist Vüqar Qurdqanlı məlumat verib.
Onun sözlərinə görə, bir müddət əvvəl icra hakimiyyətinin yaxınlığında olan binalar daş örtüklə üzlənib. İndi isə binalarda eyvanların sökülməsi prosesinə başlanılıb ki, bu da soyuq havalarda sakinlərə ciddi problemlər yaradır.
"Çünki "təmir, abadlıq" dövründə mənzillərin soyuqdan və yağıntıdan qorunmasını təmin etmək mümkün olmayacaq. Bu bir yana, təqdim etdiyim fotolardan da göründüyü kimi, sözügedən eyvanlar binanın əsas hissəsinə bitişik tikilib. Demək həmin eyvanların sökülməsi faktiki olaraq insanların mənzilinin sökülməsi və qış aylarında evin açıq hava ilə birbaşa təmasda olması anlamına gəlir.
Mənim yaşadığım ev də həmin problemlə üz-üzədir. Qış aylarında evi qızdırmaq üçün istifadə etdiyimiz kondisionerlərin də sökülməsi tapşırığı verilib. İcra hakimiyyətinin Elməddin adlı işçisi deyir ki, bu gün günorta bütün balkonlar lomla uçurulacaq. Belə olsa şəxsən mənim ailəm soyuq gecəni bir tərəfi yola açıq otaqda keçirməli olacaq" - deyə şikayətçi bildirir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.