Almaniya II Bundesliqasında 13-cü tura yekun vurulub.
Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" son turda səfərdə "Nürnberq"in qonağı olub.
Ötən turda qələbə qazanan "Karlsrue" bu görüşdən 3 xalla ayrılmaq niyyətində idi. Lakin Nazarovun komandası rəqibin müqavimətini qıra bilməyib. Bu görüşdə qapılara qol vurulmayıb. Start heyətində meydana çıxan Nazarov 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" klubu 13 turdan sonra 16 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.