TQDK Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirir.
CİA.Az TQDK-nın rəsmi səhifəsinə istinadən xəbər verir ki, dekabrın 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirəcək.
İmtahan Bakı şəhərində 1 binada 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində aparılacaq.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib.
İmtahanda namizədlərin test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dil bilmə səviyyəsi yoxlanılacaq. Namizədlərə məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunub. Hər bir fənn üzrə 5 sual açıq tipli test tapşırıqları olacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.