banner
banner

İdman

İslam Oyunlarının vaxtı açıqlandı

İslam Oyunlarının vaxtı açıqlandı

2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək.

Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib. Ç.Hüseynzadə bildirib ki, ötən gün İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Oyunların cədvəli tərtib olunub, hansı idman növlərinin Oyunlara daxil ediməsi müəyyən olunub.

İslam Həmrəylik İdman Federasiyasının bu gün Bakıda keçirilən 9-cu Baş Assambleyasında Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunları haqqında məlumat verilib. Bildirilib ki, IV İslam Həmrəylik Oyunları 14 məkanda keçiriləcək.

Oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu, “Baku Crystal Hall”, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, “İnter Arena”, Bakı Olimpiya Kompleksi, “Bakcell Arena”, Sərhədçi İdman Olimpiya Mərkəzi və s. idman qurğuları, həmçinin Atletlər və Media kəndlərində yaradılan şərait, eləcə də, təhlükəsizlik, nəqliyyat və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.