banner
banner

Hərbİ

Zakir Həsənov qazax həmkarı ilə görüşdü

Zakir Həsənov qazax həmkarı ilə görüşdü

Noyabrın 4-də Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkənin Müdafiə naziri cənab İmanqali Tasmaqambetov tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.

Protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə vurğulanıb ki, Azərbaycan və Qazaxıstan xalqları müştərək tarixi-mədəni keçmişə malikdirlər. Ölkələrimiz arasında münasibətlər strateji xarakter daşıyır. Əməkdaşlığımız həm ikitərəfli formatda, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində inkişaf edir.

“Hazırkı mərhələdə diqqəti Azərbaycanın və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri arasında praktiki əlaqələrin qurulmasına yönəltmək vacibdir. Bu istiqamət Xəzər dənizində qonşuluq münasibətlərinin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edər. Bu, Xəzəryanı dövlətlərin rəhbərlərinin yüksək səviyyəli görüşlərdə əldə etdikləri razılığa da uyğundur” - deyə Qazaxıstanın müdafiə naziri bildirib.

“Biz birgə təlimlərin keçirilməsinə hazırıq. Çünki Qazaxıstan ilə təlimlərin və yarışların keçirilməsi sahəsində təcrübəyə malikik. Bu cür tədbirlərin keçirilməsi silahlı qüvvələrimizin qarşılıqlı təcrübə əldə edərək yaxınlaşmasına xidmət edər” - deyə Azərbaycanın müdafiə naziri vurğulayıb.

“Fürsətdən istifadə edib Sizi gələn il Astana şəhərində keçirilməsi planlaşdırılan “KADEKS-2016” Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət edirəm. Ümid edirəm ki, bu sərgidə iştirakınız ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişafına əlavə təkan verəcəkdir” - deyə İ.Tasmaqambetov əlavə edib.

Görüşdə, ölkələrimiz arasında mövcud əlaqələrin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığına xüsusi diqqət yetirilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi də aparılıb.

Yekunda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb.

Səfər noyabrın 5-dək davam edəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.