Aktyor Engin Altan Düzyatan və həyat yoldaşı Neslişah Alkoçlar doğulacaq uşaqlarına ad fikirləşiblər. Doğuma günlər qalmış cütlük hələ bu barədə qərar vermədiklərini söyləmişdilər. Televiziya verilişlərindən birində isə Neslişahın Türkiyədə dünyaya gətirəcəyi övladına Yaman adı verəcəyini planlaşdırdığını deyiblər. Bunu ailəyə yaxın insanlar təsdiqləyib. Qeyd edək ki, "Dirilş Ertuğrul"un baş rol ifaçısı ilə N.Alkoçlar keçən ilin avqustunda ailə qurmuşdular.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.