Ronaldodan dünyanın ən kök adamına forma hədiyyəsi
"Real"ın futbolçusu Kriştiano Ronaldo öz formasını dünyanın ən kök insanı Andres Morenoya hədiyyə edib.
O, 435 kq çəkisi olan meksikalıya əməliyyatdan əvvəl formasını göndərib.
Qeyd edək ki, A.Moreno arıqlamaq üçün əməliyyat olunacaq. 37 yaşlı Morenoda maddələr mübadiləsi pozulduğu üçün doğulduğu gündən artıq çəkidən əziyyət çəkir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.