FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Ötən ayla müqayisədə Azərbaycan milli komandası 10 pillə geriləyib.
Millimizin "Avro-2016"nın seçmə mərhələsinin son iki oyununda İtaliya və Bolqarıstana uduzması dünya reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib. Yığmamız hazırda 293 xalla 115-ci pillədə qərarlaşıb.
Siyahının ilk pilləsində dəyişiklik olub. Belçika yığması birinci pilləyə yüksəlib. Son dünya çempionu Almaniya yığması ikinci, Argentina isə üçüncü pillədə qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.