banner
banner

Gündəm

“Nar Şərab” restoranı ilə bağlı yeni məlumat

“Nar Şərab” restoranı ilə bağlı yeni məlumat
“MTN işi” konteksində adı hallanan şəxslərin bir neçəsinin həbs olunması, digər bir qisminin isə işlərinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətdə saxlanması ilə bağlı daha öncə xəbər vermişdik. 
Ölkə mediasında yer alan xəbərlərə görə, bu proseslərdə adı hallanan “Nar Şərab” restoranının da bağlanılacağı istisna edilmir. Hazırda restoranın kənardan sifariş üçün nəzərdə tutulan şəhər nömrəsi işləmir. Lakin restoranın saytında yerləşdirilən mobil nömrə aktivdir. "Yeni Müsavat"ın əməkdaşı həmin telefon nömrəsi ilə əlaqə saxladığı zaman ona deyiblər ki, restoranın fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar yalandır:
“Biz fəaliyyətimizi dayandırmamışıq. Xidmət əvvəlki qaydada davam edir. Kim nə zaman istəsə buyurub gələ bilər”.
Məsələ ilə bağlı ölkə mətbuatında da müxtəlif məlumatlar yayılıb.
 
Qeyd edək ki, “Nar Şərab” restoranının sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus olduğu bildirilir. Yayılan məlumatlara görə, sabiq nazir işdən sonra bu restoranda şam yeməyi yeyirmiş.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.