banner
banner

Sağlamlıq

Arıqlamaq istəyirsənsə, loxmalarını say!

Arıqlamaq istəyirsənsə, loxmalarını say!

Arıqlamaq istəyənlər, adətən, yedikləri qidaların kalorisinin az olmasına diqqət edir, gün ərzində 1000 kalorini keçməməyə çalışırlar.

Ancaq yeni aparılan araşdırmalar göstərib ki, kalori hesablamaqdan daha effektli və asan bir üsul var.

Belə ki, Briqam Universitetinin professorlarının apardıqları araşdırma loxmaları sayaraq ac qalmadan arıqlamağın mümkün olduğunu sübut edib.

Araşdırma iştirakçılarından bir həftə ərzində su istisna olmaqla, maye qəbul edərkən qurtumları, yeyərkən loxmaları saymaqları istənilib.

Bir həftədən sonra məlum olub ki, iştirakçıların 30 faizi həmişəkindən daha az yeyib içiblər.

İştirakçıların hər biri 4 həftəlik sınaqdan sonra təxminən 2 kiloqram arıqlayıblar. Ac qalmadan və qidalanma rejimlərini dəyişmədən bu cür nəticə əldə etmələri alimləri belə təəccübləndirib.

Mütəxəssislər loxmaları saymağın arıqlama ilə nəticələnməsinin səbəbini doyma siqnalı ilə əlaqələndirirlər. Onların fikrincə, loxmaları saydıqda doyma siqnalı beyinə daha tez çatır.

Xatırladaq ki, daha öncə çinli alimlər hər bir loxmanı  40 dəfə çeynəyərək qısa müddətdə arıqlamağın mümkün olduğunu sübut etmişdilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.