Səhiyyə Nazirliyinin Respublika QİCS-lə Mübarizə Mərkəzinə yeni direktor təyin edilib.
Əbülfəz Abdullazadə mərkəzə yeni direktor təyin edilib. QİCS-lə Mübarizə Mərkəzinin bundan əvvəlki direktoru Esmira Alməmmədova isə mərkəzin direktor müavini vəzifəsinə təyin edilib.
Mərkəzdən sözügedən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, Ə.Abdullazadə bir müddət Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəhbəri işləyib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.