banner
banner

Gündəm

GSW üzvləri Əli Həsənovla görüşdülər - Fotolar

GSW üzvləri Əli Həsənovla görüşdülər -

Noyabrın 5-dən 7-dək Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının idarə heyətinin növbəti iclası keçirilib. İclasda Azərbaycan, Misir, Macarıstan, Qazaxıstan, Çin, Hindistan, Mərakeş, Türkiyə, Yunanıstan, Gürcüstan, ümumilikdə 10 ölkədən İdarə Heyətinin üzvləri iştirak ediblər.

İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşüblər. Görüşdə Əli Həsənov Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqına üzv gəncləri salamlayaraq onlara öz təşəkkürünü bildirib. Onları maraqlandıran sualları cavanladırmağa hazır olduğunu vurğulayıb.

Daha sonra Əli Həsənov Mədəniyyətlərarası dialoqun inkişafında “Böyük İpək Yolu” BGİ –nin uğurlu fəaliyyətini yüksək qiymətləndirirək Təşkilatın daha da genişləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Təşkilat üzvlərinin sayının artırılaraq hər ölkədən bir deyil bir neçə gənclər təşkilatının cəlb edilməsi daha məqsədəuyğundur.

“Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkə Prezidenti Gənclər və İdman sahəsinə xüsusi önəm verir. Çünki gəncliyini düşünməyən Xalqın perspektivi ola bilməz. Dövlətimiz çalışır ki, gənclərimiz daha sağlam, savadlı,intellektual və kreativ istiqamətlərdə inkişaf etsinlər . Bu sahədə fəaliyyıt göstərən təşkilatların qarşısında duran əsas məsələ isə gənclərə dəstək olmaqdır. Müxtəlif dinləri və mədəniyyətləri bir araya gətirmək, hər bir xalqın mədəniyyətində gözəl keyfiyyətləri, müsbət cəhətləri təbliğ etmək lazımdır. Sizə bu yolda uğurlar arzulayıram. Ümid edirəm ki, Azərbaycandan ən yaxşı nümunələri götürəcək, ölkəmizdən dost olaraq ayrılacaqsınız.”

“Böyük İpək yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov Əli Həsənova qəbul üçün təşəkkürünü bildirib, Bakıda başlayan “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası haqqında geniş məlumat verib.

Qeyd edib ki, İttifaq üzvləri Bakı, Astana, İstanbul, Budapeşt və Saloniki şəhərlərində İdarə heyətlərinin iclaslarını keçiriblər. İttifaqın gördüyü işlər haqqında məlumat verən Fuad Muradov onuda əlavə edib ki, Təşkilatın “Gənc şairələrin beynəlxalq forumu” Şərq Tərəfdaşlığı ölkələri arasında ən yaxşı mədəniyyətlərarası layihə mükafatına layiq görülüb.

İdarə Heyətinin Bakıda keçirilən İclasında təşkilatın illik hesabatı dinlənilib. Eyni zamanda yeni loqo və brend-book təqdim edilib və idarə heyəti tərəfindən təsdiqlənib. Görüşdə 2016-cı ilin fəaliyyət proqramı müzakirə edilib.

İttifaqının gördüyü işlər barədə iştirakçılara slayd nümayiş etdirilib. Müzakirələrdə “Böyük İpək yolu”nun növbəti Forumun keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, əsas məqsədi İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək olan İttifaqa 32 ölkədən üzv təşkilat daxildir.

GSW üzvləri Əli Həsənovla görüşdülər -  Fotolar
GSW üzvləri Əli Həsənovla görüşdülər -  Fotolar
GSW üzvləri Əli Həsənovla görüşdülər -  Fotolar

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.