banner
banner

Sosİal

Azərbaycanda 3 yaşlı uşaq faciəvi şəkildə öldü

Azərbaycanda 3 yaşlı uşaq faciəvi şəkildə öldü

Salyan rayonunda bədbəxt hadisə baş verib. Azyaşlı yanaraq dünyasını dəyişib.

Salyan rayon Prokurorluğundan ans press-ə verilən məlumata görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini 2012-ci il təvəllüdlü Fariz Natiq oğlu Əbilov anasının paltar yumaq üçün qızdırdığı su vedrəsinə toxunub və qabda olan qaynar su azyaşlının üzərinə tökülüb.

Çoxsaylı yanıq xəsarətləri alan uşağı ailə üzvləri dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanada uşağa 4 gün tibbi yardım göstərilsə də o, dünyasını dəyişib.

Övladı dünyasını dəyişən ailənin Farizdən başqa iki övladı var.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.