banner
banner

Sosİal

“Azəryolservis”dən fotodakı keçidlə bağlı - Rəsmi açıqlama

“Azəryolservis”dən fotodakı keçidlə bağlı -

Bakıda Koroğlu Rəhimov küçəsində piyada zolağının yolun yalnız bir tərəfində olması ilə bağlı xəbər vermişdik.

İnformasiya saytda işıqlandırıldıqdan sonra Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları həmin ünvana baxış keçiriblər.

“Azəryolservis”in məsələ ilə bağlı verdiyi rəsmi açıqlamanı təqdim edirik:

“Həmin ünvanda bundan öncə piyada zolağı olub. Lakin orda Bakı Şəhər İcra hakimiyyəti tərəfindən təmir işləri aparılarkən həmin hissədə piyada zolağının olması məqsədəuyğun hesab edilməyib. Bu üzdən təmirdən sonra zolaq bərpa olunmayıb və müvafiq nişanlar da yığışdırılıb. Bunun əvəzinə 5-6 metr irəlidə, yol ayrıcında yeni piyada zolağı salınıb. Nəqliyyat vasitələrinin geri dönmələri üçün nəzərdə tutulmuş yol hissələrində isə köhnə piyada zolağının bir hissəsi qalıb. Bu isə haqlı olaraq vətəndaşlar arasında çaşqınlığa səbəb olub. Artıq həmin yarımçıq qalmış zolağın silinməsi üçün əməkdaşlarımıza tapşırıq verilib. Gün ərzində bununla bağlı bizim tərəfimizdən müvafiq addımlar atılacaq”.

Xatırladaq ki, hüquqşünas Ərşad Hüseynov da “Qafqazinfo”ya açıqlamasında sözügedən piyada zolağının təhlükəli olduğunu vurğulamışdı:

“Zolaq ya silinməli, ya da ki hər iki tərəfdə də olmalıdır. Burada biabırçı səhvə yol verilib. Ümumiyyətlə isə, həmin yerdə piyada keçidinin olması təhlükəlidir. Çünki ora yol ayrıcının yaxınlığıdır. Bu qədər zolaq olan yolda piyada keçidinin olmamağı daha məsləhətlidir”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.