Bakıda bir neçə gündür ki, itkin düşən qızın qaçırıldığı məlum olub.
Bu barədə qaçırılan qızın anası Bakı sakini 1963-cü il təvəllüdlü Səbinə Eyvazova (ad şərtidir) polisə məlumat verib.
O, bildirib ki, Şəki şəhər sakini 1994-cü il təvəllüdlü Seydi Səlimov onun qızının qaçırıb.
Qeyd edək ki, qızları 1995-ci il təvəllüdlü Aynurdan (ad şərtidir) bir neçə gündür ki, xəbər ala bilməyən ailə polisə məlumat verib. Sonradan məlum olub ki, S.Səlimov qızı evlənmək məqsədi ilə qaçırıb.
S. Səlimov qızı evlənmək məqsədi ilə qaçırdığı barədə sonradan ailəyə məlumat çatdırıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.