Naxçıvanlı jurnalist Həkimeldostu Mehdiyev ağır xəsarət alıb.
O öz həyətində iş görərkən metalkəsən aləti (laqunda) saxlaya bilməyərək biləyini kəsib.
Yaxınlarının sözlərinə görə, alət onun biləyini yarıya qədər kəsib. Onu təcili Bakıya çatdırıblar və 8 saatlıq əməliyyat edilib.
Həkimlərin sözlərinə görə, xəsarət çox ciddidir, lakin əlin bərpa olunacağına ümid var. Bununla belə, üalicə bir neçə ay davam edəcək.
Xatırladaq ki, H.Mehdiyev uzun müddət “Yeni Müsavat” qəzeti, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, "Turan" agentliyi və bir sıra QHT ilə əməkdaşlıq edib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.