banner
banner

Gündəm

Tale Bağırzadə haqda baş prokurora müraciət edildi

Tale Bağırzadə haqda baş prokurora müraciət edildi

Azərbaycanda sosial şəbəkələrin getdikcə daha çox populyarlaşması və insanların həyatında mühüm yer tutması biznes sektorunda da özünü göstərib. Artıq iri şirkətlər və banklarda işçilərin «Facebook»dakı davranışına da nəzarət edilir, onların nə paylaşdıqları, eləcə də ayrı-ayrı məsələlərə münasibəti izlənilir.

Cia.az xəbər verir ki, bu barədə fins.az-a ölkənin aparıcı banklarından və sığorta şirkətlərindən bildirilib. Qeyd edək ki, «Facebook» nəzarəti geniş kütlələrlə işləyən qurumlarda xüsusilə ciddidir. Belə ki, hər hansı əməkdaş şirkət rəhbərliyini qane etməyən status paylaşarsa ona dərhal xəbərdarlıq edilir. Söhbət əsasən rəqib şirkətin hər hansı məhsulunun və yaxud yeni xidmətinin reklam edilməsindən, rəqiblərin yenilikləri barədə xəbər saytlarından keçidlərin paylaşılmasından gedir.

Saytın əməkdaşı ötən gün təsadüfən «Facebook»da belə halın şahidi olub. Bank əməkdaşlarından biri başqa banka məxsus yeniliyi bölüşərkən, yəni «reklam edərkən» öz iş yoldaşının «qəzəbinə gəlib». Bankda daha yüksək vəzifə tutduğu hiss olunan istifadəçi dərhal iş yoldaşına irad tutub, onu rəqib bankın məhsulunu reklam etməkdə günahlandırıb, hətta «söhbəti sabah işdə davam etdirəcəklərini» bildirib. Vəziyyəti belə görən əməkdaş dərhal «reklam» statusunu silməli olub.

Məsələnin maraqlı tərəfi ondadır ki, əməkdaşların «Facebook»dakı davranışlarına təkcə iş vaxtı yox, işdən sonra da nəzarət edilir. Baxmayaraq ki, «Facebook» profili şəxsidir və formal olaraq hər kəs buradakı fəaliyyətində azaddır. Amma reallıqda vəziyyət başqadır – iri şirkətlər işçilərinin statuslarına gecə-gündüz nəzarət etməkdən və «ehtiyatsız hərəkətlər» olduqda irad tutmaqdan çəkinmirlər.

«İşlədiyi yerin marağını nəzərə almalıdır»

İşgüzar dairələrdə hesab edirlər ki, kimsə hansısa şirkətdə işləyirsə hətta sosial şəbəkədə belə bu şirkətin biznes maraqlarını nəzərə almalı, lazımsız yerə heç kimi reklam etməməlidir. «Təbii ki, bizim əməkdaşımız “Facebook”da başqa bankı reklam edı bilməz. Çünki, burda söhbət rəqibin geniş kütləyə reklam edilməsindən gedir»-deyə bankların birindən fins.az-a bildirilib.

Məsələ təkcə «Facebook»la bitmir. Bir qədər əvvəl banklardan birinin rəhbərliyi televiziya kanallarına müsahibə verən əməkdaşına ciddi irad tutub. Səbəbi o olub ki, o müsahibə verərkən, arxa fonda başqa bankın reklamı olub. Bankda bildirirlər ki, eyni iradlar «Facebook» profilindəki statuslarda bağlı da tutula bilər.

Bəzi şirkətlərdə hesab edirlər ki, işçinin sosial şəbəkələrdə rəqib kampaniyanı reklam etməsi və ya ona simpatiyasını bildirməsi işi tərk etmək üçün hazırlıq ola bilər. Ölkənin aparıcı banklarından birinin Marketinq departamentinin rəhbəri fins.az-a bildirib ki, «əgər bizim işçimiz «Facebok»da başqa bir bankın məhsulunu reklam edirsə, istər-istəməz fikirləşirik ki, görəsən əməkdaşın nə marağı var, çağırıb bunun səbəbini soruşuruq, xəbərdarlıq edirik.».

Amma bu bütün məlumatlara aid deyil: «Tutaq ki, hansısa bank əməkdaşı rəqib bankın rəhbərinin dəyişməsi xəbərini paylaşırsa, buna bir söz demirik».

Sığorta şirkətlərində isə məsələyə bir qədər fərqli yanaşırlar. Ölkənin böyük sığortaçılarından birinin İdarə Heyətinin sədr müavini hesab edir ki, əgər əməkdaş şirkətdə olmayan məhsulu və yaxud xidməti reklam edirsə problem yoxdur: «Bizdə olmayan hansısa məhsulu reklam edirsə, o halda biz söz demirik. Çünki istənidən halda sığorta sahəsi reklam olunur, və bunun faydasını dolayısı yolla biz də görəcəyik».

Amma şirkətin əməkdaşı başqa sığorta şirkətinin analoji məhsulunu reklam edirsə, ciddi ona xəbərdarlıq olunur: «Deyirik ki, özümüzdə həmin məhsuldan var, istəyirsənsə elə onu reklam edə bilərsən. Belə işçiyə qarşı müəyyən tədbirlər görülür, ən azı danlanır».

“Bilirik ki, qanuni deyil, amma bu biznesdir”

Yeri gəlmişkən, şirkətlər çox gözəl anlayırlar ki, işçilərinin şəbəkədəki fəaliyətinə qarışmaq şəxsi məsələyə qarışmaq qədər qanunsuzdur. Amma eyni zamanda vurğulayırlar ki, biznes maraqları olan yerdə belə məsələlərdə qətiyən güzəşt ola bilməz: «Doğrudur, qanunla, Əmək Məcəlləsi ilə belə bir məhdudiyyət yoxdur və «Facebook» profili şəxsi məsələ sayılır, amma biznes etikası baxımından bu düzgün sayılmır». Bəzi şirkətlər isə bunu sadəcə iş yerinə «hörmətlə yanaşmaq» adlandırırlar: «Bu məsələ əmək qanunvericiliyi ilə tənzimlənmir. Sadəcə yaxşı olaraq ki, işlədiyin yerə hörmətlə yanaşasan». Bir sözlə, qanunvericilik bu məsələdə işçilərin tərəfində olsa da, yazılmamış qanunlar onları «Facebook»da ehtiyatlı olmağa vadar edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.