banner
banner

Sosİal

Zirəddin baş verəcək hadisələrdən danışdı

Zirəddin baş verəcək hadisələrdən danışdı

Qarşıdan yeni il gəlir. 2015-ci ildə baş verəcək hadisələri Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev proqnozlaşdırıb.

CİA.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Zİrəddin Rzayevin eksklüziv verdiyi proqnozları təqdim edirik:

"Kosmosda qəribə halların baş verdiyini görürəm. Sanki göy yer üzünü təhdid edir, hədələyir. 2020-ci ilə qədərə kosmosda baş verən hallar yer üzübə bədbəxtlik gətirəcək. Böyük və sonsuz suyun ortasında nəhəng bir obyektin fəlakəti yaşanacaq.

Amerika güclü yanğınlar görürəm. Bu yanğın mənə cəhənnəmi xatırladır. Vaşinqton və ona yaxın olan yerlərdə təbii gəlakətlər aktivləşəcək. Xüsusən zəlzələ və qasırğalar tüğyan edəcək.

2015 və 2016-cı illər Amerikada çoxlu vulkan püskürməsinin şahidi olacaq.

2015-ci il ictimai sabitlik baxımından Moldava, Qazaxıstan üçün də bir o qədər uğurlu olmayacaq.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ilin sonlarında öz sağlamlığından ehtiyatlı olmalıdır. Mən onda ürək-qan damar sistemi və beyin qan dövranında, o cümlədən endokrinik sistemində rahatsızlıq görürəm. İnfark və insult xəstəlikləri onu təhdid edir. Əgər bu il müalicə olunsa və sağlamlığını diqqətdə saxlasa xilas olma ehtimalı var.

İlin ortaları Yaponiyada yenidən təbii fəlakətlər, xüsusən yeraltı təkanlar özünü göstərəcək.

İtaliya da təbii fəlakətlər olacaq. Orada ictimai qorxu yaranacaq.

Məkkə və Mədinədə ağ tüstü görürəm. Bu mənə dumanı xatırladır. Bu görmənin nədən xəbər verdiyini anlaya bilmirəm. Hislərim mənə bir o qədər xoş şeylər demir.

Hansı ölkə olduğunu dəqiq deyə bilmirəm, amma neftlə bağlı güclü və böyük yanğın baş verəcək. Göy üzünü qara tüstü bürüyüb və orada helikopterlər uçur. Bu öncəgörmələr mənə ən çox şərqi xatırladır.

2015-ci ilin ilk yarısı Rusiya və Amerika münasibətləri gərginləşməyə başlayacaq. Ancaq bu gərginlik müharibəyə səbəb olmacaq.

2015-ci il Rusiya üçün iqtisadi baxımdan bir o qədər də uğurlu olmayacaq. Lakin Rusiya bu gərginliyi uğurla başa vuracaq. 2016-cı ilə qədər istisadi baxımından Rusiya özünü tədricən doğruldacaq.

Rusiya təhlükəsizlik baxımından nəzarəti daha da gücləndirməlidir. Xüsusən də nəqliyyatla bağlı məsələlərdə diqqətli olmalıdır.

Rusiya tarixin yeni sınaqlarını yaşamasına baxmayaraq, onu böyük uğurlar gözləyir. Yaşanılan ağır sınaqlar Rusiyada immunitet yaradacaq. Bu çəkişləmələrdə Rusiya daha da güclənəcək.

2015-ci ilin yay fəslində bir çox ölkələrdə havalar anomal keçəcək.

Son iki il müddətində yaz-yay fəslində atom bombasını xatırladan güclü və dəhşətli partlayış olacaq. Dəhşətli partlayışda çox sayda insanlar öləcək.

Qərbdən Şərqə gələn bir çox qida məhsulları insanlara ölüm gətirəcək. Çox sayda insanları təhlükədə görürəm.

Allah hər şeyin doğrusunu buləndir. Onun bizə verən elmdən başqa heç nə qavraya bilmərik. Hər şey Onun ixtiyarındadır".

Qeyd edək ki, tanınmış ekstrasens Azərbaycanla bağlı yenə nəsə söyləməkdən çəkindi. Söhbət zamanı Azərbaycanda elə bir dəyişiklik olmayacağını deyən Zirəddin Rzayev ölkəmizlə bağlı proqnoz verməkdən imtina etdi.

Proqnozun verilmə tarixi : 2014-cü ci il 27 noyabr.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.