banner
banner

Gündəm

“Tale Bağırzadə gəncləri təhlükəli təlimlərə cəlb edib” - İddia + Video

“Tale Bağırzadə gəncləri təhlükəli təlimlərə cəlb edib” -

SSRİ-nin dağılmasından sonra Azərbaycanda islamı dəyərlərin yenidən yayılması, möhkəmlənməsi özlüyündə təbii və müsbət bir hal olsa da, yaranmış fürsətdən suiistifadə etmək istəyənlər də oldu və onlar bu gün də var. Bu qüvvələrin mərami isə dinin təbliği yox, mənəviyyatın zəhərlənməsi ilə dövlətin əsaslarını sarsıtmaqdır.

Xəzər TV-nin mövzu ilə bağlı hazırladığı materialda bildirilir ki, hər nə qədər özlərini dinin təəssübkeşi kimi təqdim etməyə çalışsalar da, Tale Bağırzadə və Elçin Qasımov kimilərin əslində nəyə və kimə qulluq etdikləri bəllidir: “Onların çıxışlarına diqqət yetirmək kifayətdir. Çıxışları çağırışları birmənalı olaraq xaos yaratmağa, dövlətçiliyi sarsıtmağa və ixtişaşa yönəlib. 5-ci kalon olmaq xəyalı ilə yaşayan bu adamlar bununla da sifariş aldığı dairələrin gözündə necə deyərlər yuxarı qalxmaq istəyir.

Təqib edildiklərini iddia edən bu şəxslərin çıxışlarında işlətdikləri ifadələr xeyli diqqət çəkir. Məsələn özünü Müsəlman Birliyi Hərakatı kimi təqdim edən, bu qeydiyyatdan keçməmiş təşkilatın sosial şəbəkələrindəki çağırışlarına nəzər salsaq onların həqiqi mahiyyətini daha aydın görərik.Polis idarələrini talan etmək, dağıtmaq, dövlət qurumlarını alt üst etmək, məmurları döymək, öldürmək, kimi ifadələrin yer aldığı nitqlər, ABŞ-da Avropa ölkələrində hətta Rusiya və digər ölkələrdə bir başa terrora və çevrilişə çağırış kimi qiymətləndirilir və cinayət tərkibi daşıyır. Amma gəl gör ki, Tale Bağırzadə fəaliyyətlərini konstitusiya çərçivəsində sivil mübarizə adlandırır.

Tale Bağırzadə kimilərinin təhlükəli səyləri nəticəsində neçə-neçə gəncimiz xaricdə anti-Azərbaycan yuvalarında dini-siyasi kurs və təlimlərə cəlb olunub. Onların çıxışlarından və bəyanatlarından açıq görünür ki, siyasi-mütəşəkkil, radikal islamçı ideoloqlar və onların itaətkarları dövlətçilik və milli birliyimizi sərt təhdid edir.

Taleh Bağırzadə kimilərin təsirlərinə saldıqları gənclərə vəd etdiyi cəmiyyətlər utopiyadan başqa bir şey deyil. Reallıqda isə radikalların qurduğu cəmiyyətləri Talibanın, İŞİD-in, Əl Qaidənin simasında bütün dünya görür.

Belə bir sual ortaya çıxır, Tale Bağırzadələr olmayanda ölkədə islam yox idimi, açıq aydın görünür ki, onların fəaliyyəti islamı təbliğ etmir, əksinə onu gözdən salır insanları bu səmavi dindən uzaqlaşdırır. Əslində onların əsl missiyası da elə bundan ibarətdir”.

 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.