Cari ilin yanvar-oktyabr aylarında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 36,2 faiz azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olan məlumata görə, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində ardıcıl təbliğat-maarifləndirmə işləri həyata keçirilib. Aparılan işlərin müsbət nəticəsi kimi, istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında əhəmiyyətli azalma qeydə alınıb. Cari ilin yanvar-oktyabr aylarında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2 faiz, bu hadisələr zamanı xəsarət alanların sayı 40 faizə yaxın, istehsalatla əlaqəli qrup halında bədbəxt hadisələrin sayı isə 13 dəfə azalıb.
Bu ilin oktyabr ayında isə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı keçən ilin oktyabr ayı ilə müqayisədə 3,6 dəfə azalaraq 8-ə enib. İstehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 3,2 dəfə azalıb. Habelə ötən ilin oktyabr ayında istehsalatla əlaqəli qrup halında 1 bədbəxt hadisə baş verdiyi halda, son bir ayda belə hadisə qeydə alınmayıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.