Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin prioritetlərini açıqlayıb.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, prezident bildirib ki, Türkiyə üçün prioritetlərdən biri ölkənin təhlükəsizliyinə təhdid törədən terror təşkilatları ilə mübarizə və ölkənin müdafiə sənayesinin gücləndirilməsidir.
Prezident bildirib ki, Türkiyə iqtisadi gücünü inkişaf etdirmək niyyətindədir.
Qeyd edək ki, son illər Türkiyədə "Hədəf-2023" layihəsi çərçivəsində yerli sənayenin inkişafına xüsusi yer ayrılır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.