Bu gün günorta saatlarında qəfildən başlayan və təxminən 20 dəqiqə davam edən güclü külək Qazaxda fəsadlar törədib.
Cia.az Kəpəz TV-yə istinadən xəbər verir ki, küləyin gücündən iri gövdəli ağac avtomobilin və elektrik xətlərinin üzərinə aşıb, Qazax-Cəfərli avtomobil yolunda bir müddət hərəkəti məhdudlaşdırıb.
İbarət Dəlibaşova məxsus "Opel" markalı avtomobil yararsız hala düşüb. Xəsarət alan yoxdur. Aşan elektrik dirəkləri və iri ağac ərazidən texnikaların, canlı qüvvənin köməyi ilə götürüldükdən sonra kəndə avtomobillərin gediş-gəlişi bərpa edilib.
Rayonda elektrik verilişində yaranan bir neçə saatlıq fasilə aradan qaldırılıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.