Rabitə Nazirliyində axtarış və yoxlamalar aparılıb
Əli Abbasov prezidentin sərəncamı ilə nazir vəzifəsindən azad ediləndən dərhal sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar başlayıb.
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən bildiriblər.
Verilən ilkin informasiyaya görə, hakim elitada kifayət qədər güclü dayaqlara malik olan Əli Abbasovun vəzifədən azad olunması MTN-in sabiq rəhbəri Eldar Mahmudovun işi ilə birbaşa bağlıdır. Bunu RYTN-in birbaşa telefon əlaqəsinə cavabdeh olan yüksək rütbəli əməkdaşlarının az qala kütləvi şəkildə həbsi də dolayısı ilə təsdiqləyir. Nazirliyin indiyədək 10 belə məmuru həbs olunub. Görünür, həbslər hələ davam edəcək.
Nazirliyin keçmiş rəhbərliyinin başı üzərində də qara buludlar dolaşır. Bundan başqa, istintaq orqanları MTN-lə RYTN arasında kommunikasiya sahəsindəki qarşılıqlı münasibətlərin hansı səviyyədə olmasını araşdırmağaa başlayıblar. Digər tərəfdən, Müdafiə Nazirliyinin kommunikasiya sahəsindəki təhlükəsizliyin gücləndirildiyi müşahidə olunur.
Belə görünür ki, informasiya təhlükəsizliyi sahəsində ciddi çatışmazlıq və nöqsanlar, aşkar iflas halları aşkarlanıb. İnformasiya təhlükəsizliyinin təmin olunmasında isə RYTN MTN-dən heç də az rol oynamır, bəlkə də hətta artıq rol oynayır.
Bu baxımdan Əli Abbasovun özünün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri tərəfindən bir neçə ərzində dindirilməsi heç də təsadüfi deyil. Belə ki, MTN-in həbs edilən yüksək rütbəli əməkdaaşlarının istintaqı da Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılır.
Dünən bir çox KİV-lərdə Əli Abbasovun mənzilində axtarış aparılması barədə də məlumatlar yaymışdı.
Hüquq-mühafizə orqanlarındakı mənbələr virtualaz.org saytının müxbiri ilə söhbətində bu informasiyanı da təqsdiqləyib.
Etibarlı mənbələrdən virtualaz.org saytına o da məlum olub ki, DİN, Baş Prokurorluq, MTN və Vergilər Nazirliyinin əməkdaşlarından ibarət xüsusi istintaq qrupu sabahdan etibarən Rabitə Nazirliyində hərtərəfli yoxlamalara başlayacaq. Nazirliyin maliyyə-təsərrüfat kompleksi, habelə informasiya təhlükəsizliyi və telefon kommunikasiyası sferasındakı vəziyyət yoxlanacaq.
Əldə etdiyimiz digər informasiyaya görə, ölkənin hüquq-mühafizə orqanları bu gün MTN və RYTN-in məmurlarının kütləvi həbsləri ilə bağlı birgə bəyanaatla çıxış edəcəyi gözlənilir.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.