Azərbaycan ordusu düşmən səngərinə zərbə endirdi, iki erməni əsgəri öldü
Az əvvəl qondarma “DQR müdafiə nazirliyi” təmas xəttinin cənub istiqamətində ötən gecə baş vermiş döyüşlərə dair məlumat yayıb.
Məlumata əsasən noyabrın 12-də axşam saat 21 radələrində qoşunların təmas xəttində yerləşən erməni mövqelərinə endirilmiş zərbə nəticəsində iki erməni əsgəri-Vaqe Vardqesoviç Vanoyan və Mikael Arakeloviç Torosyan ölümcül yaralanıblar.
Azərbaycan Müdafiə Nazirliyi düşmənin itkilərini şərh etmir, ancaq nazirliyin atəşkəs rejiminin pozulmasına dair bu günə olan xronikasında deyilir ki, düşmən təmas xəttinin bir çox istiqamətlərində silahlı qüvvələrimizin mövqelərini atəşə tutub.Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.