“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən falçılığın ləğv olunmasını nəzərdə tutan qərar layihəsi hazırlanmayıb, belə bir söhbət yoxdur. Falçılığın ləğv olunması qərarla həll olunmur”.
Bunu "Trend"ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı falçılığın qadağan olunması ilə bağlı yeni qərar layihəsinin hazırlanması barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
Komitə sədrinin sözlərinə görə, falçılıq, yalançı ekstrasenslik, cadugərlik və digər əməllər Cinayət Məcəlləsində dələzduluqla bağlı müddəada öz əksini tapıb.
M.Qurbanlı bildirib ki, komitə yalnız falçılıq, yalançı ekstrasenslik, cadugərlik əməllərinin Cinayət Məcəlləsinin dələduzluq müddəasından çıxarılıb buraya ayrıca bir maddə kimi daxil edilməsi təşəbbüsünü qaldırır: “Bununla bağlı qərar layihəsi yoxdur. Biz sadəcə deyirik ki, falçılıq, yalançı ekstrasenslik, cadugərlik əməlləri dələduzluq müddəasından çıxarılıb ayrı bir maddə kimi həm Cinayət Məcəlləsinə, həm də İnzibatı Xətalar Məcəlləsinə daxil edilsin. Biz təşəbbüs irəli sürmüşük ki, maarifləndirmə aparaq, hüquqi baxımdan da onu dələduzluq müddəasından ayırıb konkretləşdirək. Biz bu təklifi vermişik. Ola bilər ki, Milli Məclisdə bu təklifə deputatlar, hüquqşünaslar baxsınlar. Bu, qanunvericilik qaydasında Milli Məclisdə də hazırlana bilər. Biz də qanunvericilik təşəbbüsü ilə hökumətə belə bir ideya verə bilərik".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.