Bu ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin 30 əməkdaşı yaş həddinə görə vəzifədən azad olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq adıçəkilən nazirliklərin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətindən bildirilib ki, nazirlikdə əmək qanunvericiliyinin tələblərinə ciddi formada əməl edilir: “Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27 əməkdaşı yaş senzinə görə işdən azad olunub”.
Məlumatda qeyd olunub ki, 65 yaşa çatan işçinin dövlət müəssisəsində çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər: “Nazirliyin bir neçə əməkdaşının 65 yaşı tamam olmasaına baxmayaraq, tutarlı səbəblərdən onların işdə qalmaları müəyyən müddətə uzadılıb”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2015-ci ilin ötən dövründə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş senzinə çatan nazirliyin 3 əməkdaşının əmək müqaviləsinə xitam verilib.
Hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən çox sakin məskunlaşıb. Bir neçə yaşayış məntəqəsində təmir-bərpa işləri davam etdirilir.
Şərurda xeyli qazi evsiz qaldığı halda, prezidentin keçmiş köməkçisi Əli Həsənova şəhid ailələri və qazilər üçün nəzərdə tutulan binada mənzil hədiyyə olunub.
“Gələn il dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində tədbir keçirilib.