Aparıcı Xoşqədəm Hidayətqızı özünü yeni işdə sınayacaq. O, film çəkməyə hazırlaşdığını bildirib. Bu haqda sosial şəbəkədə yazan X.Hidayətqızı ssenarinin özünə aid olduğunu vurğulayıb: “Üç aydır ki, başladığım və bitirə bilmədiyim ssenarini dünən başa vurdum. Bir az da film dünyasında fırtınalar qoparacam. Çox məşhur və mənim sevdiyim rejissor da oxusun, fikrini bildirsin. Amma qorxuram ki, beş ildə az qala bütün proqramlar “Səni axtarıram”a bənzəyən kimi bəzi filmlər də aylar sonra mənim ssenarimə oxşasın”.
Qeyd edək ki, türkiyəli müğənni Doğuşla ailəli olan X.Hidayətqızı hazırda ANS telekanalında yayımlanan "Deməsək olmaz" adlı verilişə aparıcılıq edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.