banner
banner

Şou

Keçmiş ərindən Hülyanı əsəbləşdirəcək sözlər

Keçmiş ərindən Hülyanı əsəbləşdirəcək sözlər

Tanınmış idman şərhçisi Qaya Çilingiroğlu şəxsi həyatından danışıb.
Q.Çilingiroğlu keçmiş müğənni həyat yoldaşı Hülya Avşarı əsəbləşdirəcək açıqlamalar verib. Gözəl qadınları çox sevdiyini deyən Qaya həyatındakı xanımların övladları olduqdan sonra çox dəyişdiklərini və daha sevmədiyi insana çevrildiklərini deyib: 
“Son iki evliliyimdə uşaq olduqdan sonra hər iki həyat yoldaşım özünü buraxdı. Onlar ana olub ərlərini unutdular”.
Qaya bir daha əsla evlənməyəcəyini bildirib:
 
“Bir daha əsla evlənmərəm! Hələ Hülya ilə heç vaxt. Düzdür, qızımız var. Ancaq Hülya ilə 3 gün yan-yana dayana bilmərik”.
 
Qeyd edək ki, Q.Çilingiroğlu H.Avşardan ayrıldıqdan sonra Fərayə Tanyolaçla evlənmiş, bu nikahdan bir oğlu dünyaya gəlmişdi. Cütlük daha sonra boşanmaq qərarına gəlmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.