Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ötən gün ölkə ərazisində yaranan internet problemi ilə bağlı məsələyə yenidən aydınlıq gətirib.
Cia.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov AzVision.az-a açıqlamasında bildirib ki, dünən günün ikinci yarısından etibarən ölkə əraisində internet təchizatı ilə bağlı yaranan problem tam olaraq aradan qaldırılıb”. “Ötən gün təxminən saat 22:00 radələrində problem aradan qaldırılıb. Hazırda ölkə üzrə əvvəlki qaydada internet var, şəbəkəyə qoşulmada problem yoxdur. Narahat olmağa dəyməz”,- deyə M.Əmirov bildirib.
Qeyd edək ki, ötən gün saat 16:00 radələrindən axşam saat 22:00-dək ölkə üzrə internetə çıxış mümkün olmayıb. Buna səbəb kimi ölkənin əsas internet provayderi olan "Delta Telekom" MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğın göstərilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.