Millət vəkili Rafael Hüseynov maşının cərimə olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
R. Hüseynov bildirib ki, o cərimə olumayıb: “Həmin maşın mənə məxsus deyil. Ora mənim iş yerimin yaxınlığıdır. Hadisə tanışların başına gəlib. Polis onları cərimələyib. Mən də yaxınlaşıb məsələnin nə yerdə olduğunu öyrənməyə çalışırdım. Deyəsən, onlar piyada xəttini tapdalayıbmış. Polislərdən xahiş etdim ki, tanışlara mənim yanıma necə gəlməyi başa salsınlar”.
Qeyd edək ki, criminal.az saytı bu gün millət vəkili Rəfael Hüseynovun cərimələnməsi ilə bağlı video məlumat yayıb. Məlumatda bildirilir ki, yol polisi qaydanı pozduğuna görə millət vəkili Rafael Hüseynovun olduğu Prado markalı avtomobili saxlayıb, millət vəkilinin xahişinə baxmayaraq onu cərimələyib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.