Son günlər medianın olay hesab etdiyi fotolardan biri də, heç şübhəsiz, MTN generalı Akif Çovdarovun qoluna qandal vurulduğu anda çəkilmiş şəklidir. Çovdarovun bundan öncə 2007-ci ildə, 6-cı mikrorayon ərazisində yerləşən Zeytun bağında “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil tərəfindən fotosu çəkilmişdi. Sonuncu foto isə A.Çovdarovun mətbuat səhifələrindəki ikinci və hələ ki sonuncu fotosudur.
Oxucular xatırlayar: birincidə fotoaparatı işə salan şəxs vəhşicəsinə döyülmüş, daha sonra qurama bir ssenari ilə bıçaqlanmışdı. Bu dəfə isə A.Çovdarov qandallandığı üçün onun şəklini çəkən şəxsə qarşı hər hansı cəza tədbiri görə bilmədi. Amma bizim mövzumuz bu deyil. Biz daha çox qolu qandallanan zaman şəxsin psixoloji durumunu öyrənmək istədik. Və təbii ki, müzakirə obyektimiz sıradan biriləri yox, tanınmışlardır. O tanınmışlar ki, zamanında yüksək vəzifələr tutublar, dövlət tədbirlərində iştirak ediblər, hörmət-izzət görüblər. Onlar üçün bu psixologiyanın ağırlığı yəqin ki, heç nə ilə müqayisə oluna bilməz.
Bu günə qədər dünya tarixi də qoluna qandal vurulan məşhurları çox görüb. Bəzi hallarda həmin şəxslərin qolu qandallı fotoları törətdikləri əməldən və ümumən situasiyadakı incəliklərdən asılı olaraq, ibrəti-aləm olsun deyə mediaya ötürülüb. Başqa hallarda isə heç kimin xəbəri olmadan, arxa qapılardan, qaranlığın düşməsini gözləyərək bu əməliyyatı həyata keçiriblər.
Bu günədək yolu türmədən keçmiş, qoluna qandal vurulmuş bəzi tanınmışlardan bu hissin ağırlığını, yükünü soruşduq. Ümid Partiyasının sədri İqbal Ağazadə belə taleyi yaşayanlardandır. Onun sözlərinə görə, bunun xoş hiss olduğunu və normal qarşılandığını heç kim söyləyə bilməz. Müsahibimiz hesab edir ki, hətta ən qatı cinayət törətmiş və bunu etiraf edən adam belə bunu qəbul etmir: “Çünki bu, ağır psixoloji basqıdır. Xüsusən də cəmiyyətdə müəyyən yeri və vəzifəsi olmuş adamlar üçün bu, ağır zərbədir - insanlar qarşısında və özünün içində. Çalışaq ki, heç kim cinayət törətməsin. Amma cəmiyyət varsa, cinayət var. Cinayət varsa, cəzası da var, qandallanma da olacaq. Amma heç kimə bunu yaşamağı arzulamazdım. Hər kəsin əməlləri var və ona uyğun cavabı da verilir. Pisə pis, yaxşıya yaxşı”.
Eks-baş nazir Pənah Hüseyn də 2003-cü il hadisələrində bu mərhələdən keçib. Müsahibimizin sözlərinə görə, bu, qanunun tələb etdiyi anlarda bir prosedur məsələsidir. Pənah bəy hesab edir ki, bəzən məhkəmədə bunu qanunsuz tətbiq ediblər: “Bu yolverilməzdir. Akif Çovdarovun qandallanmasının bir neçə səbəbi var. Bir çoxları onun həbsinə inanmırdı. Ola bilər ki, durumun kifayət qədər ciddi olduğunu çatdırmaq üçün bu foto çəkdirilib”.
P.Hüseyn konkret özünə gəlincə isə bildirdi ki, onun üçün bu anın xüsusi yadda qalması olmayıb: “Şəxsən mənim üçün bunun ağırlığı olmadı”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.