Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədə yazıb. Hər zaman 50 kiloqram olan ifaçı 5 kiloqram artıq çəki aldığını vurğulayıb: “Fikir verməyin, pəhrizdəyəm, başım xarab olub. Boyum 165 santimetrdir, çəkim isə 50 kiloqram olub. İndi isə kökəlib, 55 olmuşam. Konsertə qədər arıqlamasam, məni orada gözləməyin”. Qeyd edək ki, R.Ayxan dekabrın 19-da və 20-də Heydər Əliyev Sarayında “Sənə ehtiyacım var” adlı konsert proqramı ilə çıxış edəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.