ATV-nin aparıcısı Mətanət Əliverdiyeva “Fort Boyard” yarışmasının qəhrəmanları Paspartu və Pastanı verilişinə qonaq edib.
Axşam.az-ın məlumatına görə, aparıcı canlı yayımda qonaqlara dolma və lavaş yedizdirib. O, fransızlara dolma və lavaşın ermənilərə yox, azərbaycanlılara məxsus olduğunu söyləyib: “Fransada deyərsiniz ki, dolma və lavaş ermənilərin yox, azərbaycanlıların milli mətbəxinə məxsusdur. Gözünüz çıxsın, ay ermənilər, sizi görüm, çörək üzünə həsrət qalasınız. Nəyiniz olub ki, lavaşınız da ola? Mən bunu sübut etməyə çalışmıram. Sadəcə, hardasa eşitsəniz, xəbəriniz olsun deyə söyləyirəm”. Qeyd edək ki, Paspartu və Pastan bir neçə gündür ki, Bakıdadırlar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.