Bakıda keçmiş kürəkən qaynanasının evinə basqın edib.
Hadisə Binəqədi rayonunda baş verib.
Bir müddət öncə arvadından boşanan Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Rəfail Əliyev F.Şahbazov küçəsində yaşayan keçmiş qaynanası, 1975-ci il təvəllüdlü Yasəmən Əhmədovanın evinə basqın edib. R.Əliyev evə daxil olaraq qapını sındırıb, qaynanasını döyüb. Sonra isə ailə üzvlərini söyüb təhqir edərək onları öldürəcəyini deyib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.