banner
banner

Gündəm

“Mardan Palace”da kralı “yola” bilməyiblər: “Cəmi 350 dollar xərclədi…”

“Mardan Palace”da kralı “yola” bilməyiblər:

Türkiyənin Antalya bölgəsində keçirilən G20 sammitində iştirak edən Səudiyyə Ərəbistanı kralı qaldığı “Mardan Palace” otelində mağaza sahiblərinin ümidlərini boşa çıxarıb.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, kral Salman bin Əbdüləziz oteldəki hədiyyə mağazalarını gəzib. Ancaq mağaza sahiblərinin gözlədiyi kimi pulları saga-sola səpələməyib.

Kral oteldəki hədiyyə mağazalarının birində qoyulmuş suvenirlərə tək-tək baxıb, Osmanlı dövrünü xatırladan şüşə əşyanı bəyənib və qulluqçusuna təlimat verib ki, 350 dollar dəyərində olan həmin əşyanı alsın. Bununla da kralın alış-verişi başa çatıb.

“Kralın daha çox alış-veriş edəcəyini gözləyirdik, ancaq olmadı”- deyə mağaza sahibi Murat Ulas məyusluqla bildirib.

Kral Salman “Mardan Palace” otelini kirayələmək üçün günə 1 milyon dollar ödəyib.

Xatırladaq ki, sammit ərəfəsində otel Telman İsmayılovdan müsadirə olunaraq hərracda dəyərindən 12 dəfə ucuz - cəmi 128 milyon dollara “Halk Bank”a satılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.