banner
banner

Dünya

Bəşər Əsəd istefasından danışdı

Bəşər Əsəd istefasından danışdı

Suriya lideri ölkədə gedən proseslər fonunda öz prezidentliyi haqda danışıb

Suriya prezidenti Bəşər Əsəd İŞİD üzərində qələbə əldə olunmayana qədər öz istefasını istisna edib. 
Bu haqda Suriya lideri İtaliyanın Rai telekanalına məlumat verib. Prezidentin sözlərinə görə, Suriyanın bir çox ərazilərinə terrorçuların nəzarət etdiyi bir zamanda siyasi sahədə heç bir irəliləyiş ola bilməz. Əsəd terrorçular sözü altında təkcə İŞİD-çiləri deyil, hökümət qüvvələrinə qarşı çıxan silahlanmış müxalifəti də nəzərdə tutub. “Bunu istənilən ölkəyə aid etmək olar – pulemyotlardan atəş açanları müxalifət saymaq olmaz ”, - deyə Suriya prezidenti bildirib.
Əsəd əmindir ki, İŞİD üzərində qələbədən sonra, bir iki il kifayət edəcək ki, yeni konstitusiyanın qəbulu, referendum və ya partlament seçkiləri yolu ilə hakimiyyət dəyişsin. Eyni zamanda o prezident seçkilərində özünün də iştirak edə biləcəyini bildirib. 
“Bu məsələdə heç bir qaranlıq məqam yoxdur. Əgər suriyalılar tərəfindən yenidən seçilsəm onları yaxşı gələcək gözləyir”, deyə Əsəd öz fikirlərini ifadə edib. Prezident qeyd edib ki, onun hakimiyyətdə seçkilərsiz qalması siyasi səhv ola bilər.
ABŞ prezidetni Barak Obama isə öz növbəsində Bəşər Əsədin hakimiyyətdən qetməyəcəyi təqdirdə İŞİD terrorçularının məhv edilməsinin mümkün olmayacağını bəyan edib. 
“Reuters”in məlumatına görə, Obama deyib ki, ölkədə siyasi tənzimlənmə həyata keçirilməsə terror qalib qəlmək qeyri-mümkündür. Amerikalı lider əmindir ki, Bəşər Əsədin Suriyaya rəhbərlik etdiyi bir vaxtda bu tənzimlənmə mümkün deyil. 
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, digər ölkələrin liderləri ilə Bəşər Əsədin gələcəkdə Suriyadakı siyasi proseslərin tənzimlənməsində iştirak etməməsinə dair heç bir razılıq yoxdur.
Bu ilin oktyabrında isə NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiyanın Bəşər Əsədi dəstkləməsi bu ölkədəki münaqişənin uzadılmasına səbəb olur. 
Bu bəyanat Rusiya prezidenti Vladimir Putinin Suriyadaki hərbi əməliyyatın əsas məqsədinin ölkədə qanuni hakimiyyətin bərpa olunanması üçün aparıldığını deməsindən sonra verilib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.