banner
banner

İdman

​"Kəpəz"in futbolçusunu Benzemanın həkimi əməliyyat edəcək

​"Kəpəz"in futbolçusunu Benzemanın həkimi əməliyyat edəcək

"Kəpəz" klubunun zədəli futbolçusu Dario Frederiko bu gün Braziliyada əməliyyat olunacaq.

24 yaşlı yarımmüdafiəçi eyni zamanda iki əməliyyat keçirəcək.
Menisk zədəsi olan oyunçu vətənində yenidən müayinədən keçib və xaçabənzər diz bağının hissəvi qırılması üzə çıxıb. Braziliyalının hər iki əməliyyatının xərcləri və bərpaedici proses üçün tələb olunan maliyyə vəsaiti Müşahidə Şurasının sədri Elmir Vəliyevin tapşırığına əsasən klub tərəfindən ödəniləcək.

Frederikonu əməliyyat etmək üçün Fransadan həkim dəvət olunub. Bu həkim vaxtilə Kərim Benzemanı da əməliyyat edib. Gəncə təmsilçisinin üzvünün düşərgəyə qayıdışı gələn ilin aprelinə təsadüf edəcək.

Qeyd edək ki, Dario Frederiko Azərbaycan Premyer Liqasının XII turunda AZAL-la oyunda zədələnib

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO

Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib. Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır. Şahanə Rəhimli Musavat.com