Nobel prospektinə yaxın ərazidə yaşayanlar dayanacağın yoxluğundan əziyyət çəkir. Növbəti dayanacağa qədər piyada getmək onlara çox çətindir. Vaxtı ilə qəzalı vəziyyə düşən dayanacaq sonradan ləğv edildilib.
Cia.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Nobel prospekti ərazisində yaşayan sakinlər deyir ki, hazırda yalnız beton döşəməsi qalan hissə bir il əvvəl dayanacaq olub. Amma qəza nəticəsində aşan dayanacaq nəinki təmir olunub, sonradan ləğv edildilib. Bu isə ərazidə yaşayan insanlara çətinlik yaradır. "Qarşıdan qış gəlir. Qışda piyada növbəti dayanacağa qədər getmək xüsusilə uşaqlar və yaşlılar üçün çox çətindir. Aidiyyatı qurumlar bunu mütləq nəzərə almalıdırlar. Bundan başqa xəttə yeni avtobuslar buraxılıb. Məhz Nobel prospekti istiqamətində də yeni avtobusların xəttə buraxılması üçün mütləq dayanacaq olmalıdır", - deyə şikayətçi Mahir Quliyev bildirib.
Sakinlərin daha bir narahatlığı yolu keçmək problemilə bağlıdır. Düzdür ərazidə müasir tipli yerüstü keçid inşa edilib. Amma keçidin eskalatorunun normal işləməməsi ondan istifadə etməyə imkan vermir. Sakinlər deyir ki, eskalatorların hərdən biri işləyir. Belə olduğu halda isə pilləkənlər arasında məsafə böyük olan eskalatoru ayaqla qalxmaq xüsusilə uşaqlar və yaşlılar üçün çətinlik yaradır.
Şikayətçi Ramiz Hüseynov bildiri ki, bu ərazidə fəaliyyət göstərən məktəbdə ümumilikdə 3 mindən çox şagird təhsil alır, sual olunur təhsil alan şagirdlər gecənin qaranlığında bu yolu neçə keçib getsin. Keçid problem ilə bağlı "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəfəcli bildirdi ki, sakinlər problemlə bağlı bizə müraciət etməyiblər. Əgər problem varsa, dərhal baxış keçiriləcək və aradan qaldırılacaq.
Nəqliyyat nazirliyinin rəsmisi Şəfa Mehmanqızı isə dayanacaq problemi ilə bağlı bildirdi ki, sakinlər yenidən dayanacağın qoyulmasını istəyirsə, yazılı olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsinlər. Çünki, dayanacaqların qoyulmasını birbaşa Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.