"Victoria's Secret"in məşhur simalarından biri Alessandra Ambrosio Santa-Monikada (Kaliforniya, ABŞ) oğlu Noa ilə gəzərkən görünüb. 34 yaşlı braziliyalı model oğlu və yaxın dostları ilə şəhər küçələrində gəzib, alış-veriş edib. Tünd rəngli ətəklə sadə idman ayaqqabıları geyinən ulduz bu yaxınlarda bədən quruluşunu necə qorumağı haqda danışıb. O, etiraf edib ki, kalorili yeməklərdən çəkinmir. Amma çalışır ki, bunu günün birinci yarısında yesin. Ambrosionun sevimli səhər yeməyi qayğanaq, bekon və ingilis bulkasıdır. Model formada qalmaq üçün yoqa, pilates və gündəlik ev idmanı ilə məşğul olur. A.Ambrosio sadəcə idmanı başdansovdu etməməyin vacibliyini vurğulayır.
Alessandranın qida rasionuna heç əməl etmədiyini demək olmaz. O, çoxlu göyərti. tərəvəz və balıq yeyir. Həftədə bir dəfə özünə tort yeməyə icazə verir, şokolad və pirojnalar qadağandır, çərəz kimi isə yoqurt yeyir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.