banner
banner

Gündəm

Nazir direktoru qırıntıya görə işdən qovdu

Nazir direktoru qırıntıya görə işdən qovdu

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) direktorunu işdən çıxarıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Oğuz meşələrinin qanunsuz qırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət əsasında nazirlikdə komissiya yaradılaraq Oğuz MMBM-də araşdırma aparılıb.

Araşdırma zamanı Oğuz MMBM-də meşələrin qorunub mühafizə olunmasında ciddi qanun pozuntularına, qanunsuz qırıntılara yol verildiyi müəyyən edilib.

Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, iş fəaliyyətinin qeyri-qənaətbəxş təşkilinə, işçilərin fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə, xidməti ərazidə ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə Oğuz MMBM-in direktoru Vüqar Mehdiyev işdən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Yol verilmiş qanun pozuntularına görə cavabdeh olan digər işçilər barəsində də qanunamüvafiq qaydada ciddi intizam tənbehi tədbirləri görülüb. Tədbir görülməsi üçün araşdırma materialları hüquq-mühafizə orqanlarına göndərilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.