3 ay əvvəl ailə quran müğənni Yavuz Bingöllə həyat yoldaşı Öykü Gürman birlikdə veriliş aparacaqlar.
Ötən gün kafelərdən birindən çıxarkən obyektivlərə tuş gələn cütlük proqramlarının yanvarda ekrana gələcəyini bildirib: “Mahnılar oxuyacaq və hər həftə bir qonaq dəvət edəcəyik”.
Öykü müğənni qardaşı Berkin toyuna gəlməməsinin səbəbini isə belə izah edib:
“Uşaqlığından bəri toylara getməyi xoşlamır. Hər gün görüşürük. Aramızda problem yoxdur”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.