banner
banner

Sosİal

Məhbus jurnalist hakimə müraciət etdi

Məhbus jurnalist hakimə müraciət etdi
Həbsdə olan jurnalist Pərviz Həşimli barəsindəki hökmü qüvvədə saxlayan Ali Məhkəmənin hakimi Fərhad Kərimova məktubla müraciət edib. Məktub məhkəmənin təxirsə salınmasını xahiş etdikləri halda, onun barəsindəki hökmü qüvvədə saxladığı üçün yazılıb. 
Jurnalist müraciətində yazır: “Vaxtilə MTN generalları mənə dəfələrlə bildirmişdilər ki, hər bir məhkəmə instansiyasında bizim öz hakimimiz var və səni kimsə bizim iradəmizdən kənar azadlığa çıxara bilməz. Həqiqətən də birinci instansiya - Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş MTN müstəntiqi Novruz Kərimovun hakim təyin olunacağı mənim özümə və vəkilim Bəhruz Bayramova əvvəlcədən bildirilmişdi. Məhkəmə instansiyalarında mən və vəkillərim 20-dən artıq vəsatət qaldırsaq da, onların tək bircə dənəsi qəbul olunsaydı, məni həbsdə saxlamaq mümkün olmayacaqdı. Amma heç bir hakimin bunu etməyə cəsarəti çatmadı və bunun özü elə bu gün MTN işi ilə bağlı istintaq aparan şəxslər üçün çox vazkeçilməz ipucu ola bilər ki, bu məsələ də araşdırılsın”.
 
Pərviz Həşimli MTN-nin keçmiş naziri Eldar Mahmudov və nazirliyin digər əməkdaşlarının vəzifədən çıxarılması və ya həbsini nəzərdə tutaraq yazır ki, “mənim barəmdə qanunsuz hökm çıxaran və həbsimdə azacıq günahı olan hər kəsin də oxşar aqibətlə üzləşəcəyinə kimsə şübhə etməsin”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.